
Facebook-dan göndərdiyiniz mesajlar üçün daha bir yenilik təqdim olundu
Sosial Media
07.05.2017
Farid
Facebook yeniliklər etməyə davam edir.
Çox kiçik dəyişiklik olsa da Facebook,
Android üçün daha bir yenilik təqdim edib. Belə ki, artıq Facebook-da yazılar
daha rəngli və maraqlı olacaq.
Facebook Android istifadəçilərinə daha bir
yenilik təqdim etməyə hazırlaşır. Android istifadəçiləri yazdıqları mətnlərin
arxa plan rənglərini dəyişə biləcəklər.
Heç bir açıqlama etmədən bu yeniliyi təqdim
edən Facebook, göndərilən məzmunun daha rəngarəng olmasına şərait yaradır. Sadəcə
yazı formatı üçün nəzərdə tutulan bu xüsusiyyət, siz göndərmədiyiniz mətni
yazmağa başladıqda aktiv hala gəlir. Siz yazarkən ekranın aşağı hissəsində rəng
seçimi gəlir və göndərdiyiniz yazı rəngli formada qarşı tərəfə çatdırılır.
Bu xüsusiyyət hər hansı rəsm və link
olduqda istifadə oluna bilmir. Bundan əlavə Facebook-un bu yeniliyi iOS və
Facebook-un veb səhifəsi üçün aktiv deyil. Yenilik hələ ki, ancaq Android
istifadəçilərinə təqdim olunub.
Yaxın zamanda bu yeniliyin iOS və veb üçün
də təqdim olunması nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər