
Facebook-dan görmə əngəlli insanlar üçün möhtəşəm funksiya
Sosial Media
07.05.2017
Farid
Fotolar və digər müxtəlif görüntülər stənilən sosial şəbəkənin
əsas xüsusiyyətlərindən biridir. Məsələn Facebook kimi sosial şəbəkəni ora gündəlik
istifadəçilər tərəfindən yüklənən milyonlarla fotosuz təsəvvür etmək çətindir.
Məhz buna görə Facebook-un fiziki cəhətədən əngəlli insanlara da yaxın olması
üçün fəaliyyət göstərən mühəndislərdən ibarət qrup var gücü ilə çalışır ki,
sözügedən sosial şəbəkədəki istənilən foto görmə əngəlli insanlar üçün də dəstəklənsin.
Bu gündən etibarən Facebook-a "avtomatik
alternativ mətn” texnologiyası
əlavə edilib. Bu texnologiya fotoda təsvir edilmiş hər şeyi səsləndirir.
Süni zəka
görmə əngəlli insana fotonu və onda təsvir olunan hər şeyi avtomatik rejimdə səsləndirməyə
çalışır. Məsələn əgər fotoda dəniz sahilində iki nəfər şəxs təsvir olunubsa
süni zəka qeyd edəcək ki, fotoda iki şəxs mövcuddur. Bundan əlavə süni zəka
onların üzlərindəki emosiyanı belə ifadə etməyə çalışacaq. O həmçinin bildirəcək
ki, foto gündüz vaxtı dənizdə çəkilmişdir. Əgər fotoda pizza təsvir olunubsa
onda süni zəka qeyd edəcək ki, fotoda qida təsvir olunub və çox güman ki, bu
pizzadır. Təbi ki, fotoda qeyd olunan nəyinsə süni zəka tərəfindən uğurlu təsvir
etmə faizi hələki idealdan uzaqdır. Lakin mütəxəssislər alqoritmi təkmilləşdirmə
üzərində çalışırlar. Texnologiya artıq IOS, Android əməliyyat sistemli
smartfonlar və sosial şəbəkəyə web brauzerden daxil olan insanlar üçün dəstəklənir. Obyektləri tanıma xüsusiyyətinə cavab verən neyron şəbəkəsi milyonlarla müxtəlif
fotonu müşahidə edərək özü-özünü inkişaf etdirir.
Paylaş
Bənzər xəbərlər