
Facebook-dan həyat üçün önəmli yeni funksiya
Sosial Media
07.05.2017
Farid
Facebook-a əlavə edilmiş yeni funksiya hansısa şəxsin
intihar fikrini öyrənib bu barədə xüsusi xidmət orqanına xəbər etməyə imkan verəcək.
Əgər siz görsəz ki, kimsə intihar ilə yaxından əlaqəli bir post paylaşıb onda həmin
postun yanındakı düyməni klikləyərək Facebook-un xüsusi xidmət bölməsinə bu barədə
ismarıc göndərə biləcəksiniz. Bu cür ismarıclar 24 saat yoxlanılır. İntihar ilə
yaxından əlaqəsi olan postun müəllifi qısa zaman ərzində Facebook-dan kömək təklifli
ismarıc alacaq. Seçim üçün bir neçə variant olacaq. Güvəndiyiniz insana yazmaq,
dəstək xidmətinə müraciət etmək, Facebook səhifəsində kömək və məsləhət almaq.
Sözügedən funksiya artıq ABŞ istifadəçiləri üçün aktivdir. Müəyyən müddətdən
sonra isə digər ölkələrdədə aktiv olacaq. Bundan əlavə Facebook kritik anlarda
kömək ola biləcək xüsusi xidmət
orqanlarının nömrələrini də paylaşıb.
Paylaş
Bənzər xəbərlər