
Facebook danışıqların dinlənilməsi ittihamına reaksiya verdi
Sosial Media
07.05.2017
Farid
Facebook şirkəti smartfonlardakı mikrofon vasitəsilə istifadəçilərin
danışıqlarını dinlədiyi ittihamını inkar edib. Sosial şəbəkənin veridyi məlumata
əsasən smartfondakı mikrofondan istifadəçiyə müəyyən reklamın təqdim edilmə məqsədilə
danışıqları dinləmək ittihamı tamamilə əsassızdır. Facebook bildirib ki,
istifadəçinin ana səhifəsində qeyd olunmuş reklam elanları istifadəçinin
marağından və onun profilində qeyd olunmuş hansısa məlumatdan asılıdır. Beləcə
şirkət Cənubi Florida Universitetinin professoru və kütəlivi kommunikasiyalar
üzrə eksperti Kelli Burns-un sosial şəbəkənin istifadəçilərin danışıqlarını
dinlədiyi ittihamına reaksiya verib. Keçən həftə Kelli Burns bildirmişdi ki,
Facebook aktiv şəkildə istifadəçilərin danışıqlarını smartfonlarda olan
mikrofonlar vasitəsilə dinləyir. Lakin bunun müqabilində o ciddi sübut göstərməmişdi.
Facebook rəsmiləri isə qeyd ediblər ki, smartfonlar üçün nəzərdə tutulmuş
Facebook tətbiqetməsi yalnız audio ilə bağlı funksiyaların yerinə yetirilməsi
zamanı smartfonun mikrofonundan istifadə edir. Buna misal olaraq şirkət video çəkilişi
və statusun yenilənməsi üçün mahnının adını musiqi vasitəsi ilə təyin edən
funksiyanı gətirib. Hər-halda Facebook-un şəffaf işinə şüphələnən istifadəçilər
istədikləri zaman Facebook tətbiqetməsində mikrofon funksiyasını deaktiv edə
bilərlər.
Paylaş
Bənzər xəbərlər