
Facebook 'dislike' funksiyasını test etməyə başlayıb
Sosial Media
11.02.2018
Emil
Facebook digər insanların şərhlərinə neqativ münasibət bildirmək imkanını verən yeni “downvote” adlı düyməni test edir.
Bir neçə müddət bundan öncə bəzi
sosial şəbəkə istifadəçiləri Facebook qrupları paylaşımlarında bu yeni düyməyə
rast gəliblər. “Facebook” isə bu xəbərlərin yayılmasından sonra rəsmi olaraq
bildirib ki, o, dislike düyməsi üzərində çalışmır. “Biz ictimai səhifələrin
paylaşımlarındakı olan şərhlərin qiymətləndirilməsi imkanını verən funksiyanı
müşahidə edirik. Bu test yalnız ABŞ-da kiçik istifadəçi kütləsi vasitəsilə
aparılır” – deyə şirkət bildirib. Downvote düyməsi hansısa paylaşımda olan bu və
ya digər şərhin aşağı düşməsinə imkan verir. Nəticədə istifadəçilər onları çox
az ehtimalda görəcəklər. Bu yeni funksiya sosial şəbəkədə təhqir, trolling və
s. kimi özəlliklərlə mübarizə aparmaq üçün düşünülüb.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
