Logo
    main-post-cover

    Facebook emojiləri və dislike düyməsi ilə reaksiya bildirmək funksiyası, Messenger-ə gəlir

    "Facebook” öz messencerində yeni funksiyanın testinə başlayıb.

    Belə ki, bundan sonra istifadəçilər hər bir ismarıca emosiyalarla yanaşı likedislike ilə reaksiya bildirə biləcəklər. Bu xəbəri "Facebook”un təmsilçisi təsdiqləyib. Buna oxşar sistem, Slack korporativ messencerində istifadə olunur. Məlumata əsasən istifadəçilər hər bir ismarıca 7 variantın emosiyanın köməkliyi ilə reaksiya verə biləcəklər. Slack-da olduğu kimi reaksiya bildirilən emosiyanı çatda hər bir istifadəçi görə biləcək. Beləliklə bu və ya digər ismarıcı qiymətləndirmiş istifadəçiləri müəyyən etmək mümkün olacaq. "Technote.az”ın "TechCrunch”a istinadən verdiyi xəbərə əsasən ismarıclarda olacaq reaksiyalar, Facebook-un xəbər lentindəki emosiyalardan sadəcə dislike düyməsinin olması ilə fərqlənəcək. Şirkət təmsilçinin sözlərinə əsasən ismarıc bölməsində dislike düyməsi, "xeyr” cavabının analoqu kimi düşünülürdü. Yeni funksiya hələki bir sıra istifadəçilər üçün aiddir. Bu funksiya barədə müsbət fikirlərin olacağı halda daha çox istifadəçiyə təqdim olunacaq. "Biz həmişə Facebook Messenger-i daha əyləncəli və rəngarəng etmək üçün testlər aparırıq. İndi isə biz kiçik bir test keçirdirik. Bu test çərçivəsində insanlar ismarıc bölməsində öz emosiyalarını paylaşa biləcəklər” – deyə şirkət bildirib.

    Paylaş
    Bənzər xəbərlər