main-post-cover

    Facebook ilə Twitter bu ilin ən etibarsız şirkətləri adına layiq görülüblər

    Sosial Media
    27.12.2018
    Farid Pardashunas
        Toluna adlı analitik şirkət konfidensiallıq mövzusunda ən etibarsız şirkətin hansı olduğunu öyrənmək üçün 1000 insan arasında sorğu aparıb. Heç təəccüblü deyil ki, sözügedən sorğuda birinci yeri məhz Facebook şirkəti tutub. Sorğuda iştirak etmiş insanların 40%-i düşünür ki, Mark Zuckerberg-in şirkəti məlumatların təhlükəsizliyinin təmin edilməsində lazımi potensiala sahib deyil. Bir neçə həftə bundan öncə məlum olmuşdu ki, Facebook-da olmuş sistem boşluğu səbəbilə kənar tətbiqlər 6.8 milyon istifadəçinin public olmayan fotolarını əldə edə bilərmişlər. Sorğu nəticələrinə görə ikinci yeri Twitter tutub. Sorğuda iştirak etmiş insanların yalnız 8%-i konfidensiallıq məsələsində Twitter-də şübhəli olduqlarını bildirib. Üçüncü yerdə isə Amazon şirkəti qərarlaşıb. Toluna analitik şirkətinin təqdim etdiyi tam siyahı ilə aşağıdan tanış ola bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər