main-post-cover

    'Facebook' Instagram üçün ayrıca messenceri təqdim etdi

    Sosial Media
    07.12.2017
    Farid Pardashunas
    “Facebook” şirkəti Instagram servisi üçün ayrıca messencer yaratmağı qərara aldı.
    Artıq 4 ildir ki, Direct ismarıc bölməsi Instagram servisinin daxilində fəaliyyət göstərir və indiyənə kimi bir sıra dəyişikliklərə məruz qalıb. Lakin onu Instagram-dan ayırıb ayrıca bir tətbiq halına gətirmək qərarına gəldilər. Bu barədə The Verge saytı xəbər verib. Direct tətbiqini öz cihazınıza yüklədikdən sonra Instagram servisində bu bölmə avtomatik olaraq yox olacaq. Bundan sonra isə bütün ismarıclar Direct adlı ayrıca tətbiqdə əks olunacaq. Direct 3 bölmədən ibarətdir.

    Birinci bölmə vasitəsilə istifadəçi smartfonun kamerasına daxil ola bilər. Beləliklə o, foto çəkə, lazım gəldikdə onu redaktə edib dostlarına göndərə bilər. Foto redaktə etməyi sevənlər üçün burda Instagram-da olmayan 4 yeni filtr mövcuddur. Tətbiqin ikinci bölməsi ismarıcları əks etdirir, üçüncü bölməsi isə hesabı ayarlamağa imkan verir. Direct tətbiqindən birbaşa Instagram-a da keçid etmək mümkündür. Artıq yeni tətbiqi 6 ölkənin (Çili, İsrailç İtaliya, Türkiyə, Portuqaliya və Uruqvay) istifadəçiləri test edə bilərlər. Tətbiq həm Android həmdə iOS platformalarında aktivdir. Direct-in digər ölkələrdə nə zaman aktiv olunacağı barədə isə hələki məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər