
Facebook istifadəçi məlumatlarının sızdırılması ilə bağlı 200 tətbiqin fəaliyyətini dayandırıb
Sosial Media
14.05.2018
Emil
Facebook şirkəti böyük həcmdə
istifadəçi məlumatlarına sahib ola biləcək tətbiqləri analiz edib və onlardan
200-nün fəaliyyətini beynəlxalq qalmaqal ilə yekunlaşmış istifadəçi məlumatlarının
sızdırılması hadisəsinin istintaqı çərçivəsində dayandırıb. Bu barədə şirkətin
vitse prezidenti Ime Archibong bildirib. Həmin tətbiqlər Facebook mütəxəssisləri
tərəfindən onların fəaliyyətlərinin analizinin bitməsinə kimi deaktiv edilib.
Əgər məlum olsa ki, hansısa tətbiq istifadəçi məlumatlarından suistifadə edib,
həmin tətbiqin fəaliyyəti sosial şəbəkə daxilində məhdudlaşdırılacaq və tətbiqdən
istifadə etmiş şəxslər təhlükəsizlik baxımından bu barədə məlumatlandırılacaqlar.
Vitse prezidentin verdiyi məlumata əsasən 2014-cü ildə sosail şəbəkənin siyasətindəki
dəyişikliklərin edilməsindən öncə böyük həcmdə istifadəçi məlumatlarına sahib
ola biləcək bütün tətbiqlər yoxlanılır.
Sözügedən istintaq iki mərhələdə
keçirilir. İlk öncə Facebook komandası böyük həcmdə istifadəçi məlumatına
sahib ola biləcək tətbiqlərin icmalını aparır və sonradan şübhəli hal ilə
rastlaşan halda bu cür tətbiqlərin tam yoxlanışını keçirdir. Vitse prezident həmçinin
qeyd edib ki, bu istintaq mümkün olduğu dərəcədə maksimal şəkildə dəqiq və
vaxtında keçirilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Vivo X Fold 5 smartfonu təqdim olunub - QİYMƏTİ
