
Facebook istifadəçilərin danışıqlarını dinləyir?
Sosial Media
07.05.2017
Farid
Cənubi Florida Universitetinin professoru və kütləvi
kommunikasiyalar üzrə ekspert Kelli Burns apardığı təcrübə əsasında sübut edib
ki, məşhur sosial şəbəkə olan Facebook istifadəçilərin danışıqlarını dinləyir.
Burns-un sözlərinə görə bunun üçün Facebook tətbiqetməsi üzərindən smartfonun
mikrofonundan istifadə olunur. Burns Facebook tətbiqetməsinin aktiv olduğu
halda müxtəlif mövzularda söhbət edib. Bir qədər sonra isə tətbiqetmə həmin
mövzulara yaxın olan reklamları əks etdirib. Ətraf mühitdə baş verən hadisələrə
əsasən məlumatların yığılması funksiyası tətbiqetməyə 2014-cü ildə əlavə
olunmuşdur. Onda Facebook qeyd etmişdi ki, bu funksiya istifadəçinin
maraqlarına uyğun paylaşımların edilmsəində onlara köməklik edəcək. Lakin Burns
sübut edib ki, Facebook, istifadəçilərin danışıqlarını kommersiya məqsədlərinə görə
dinləyir. Şirkətdə isə bildiriblər ki, onlar məlumatların sonradan müvafiq
orqan və reklam təşkilatlarına ötürmək niyyəti ilə danışıqları mikrofon vasitəsilə
dinləmirlər. Həmçinin qeyd edilir ki, danışıqlar heç bir halda yazılmır. Bundan
əlavə olaraq həmin funksiyanı tətbiqetmədə deaktiv etmək mümkündür. Həmdə bu
funksiya hələki bütün ölkələr üçün aktiv deyil.
Paylaş
Bənzər xəbərlər