
Facebook Messenger çoxdan gözlənilən yeniliyini təqdim etməyə hazırlaşır
Sosial Media
07.05.2017
Farid
Facebook, mesajlaşma platforması olan Messenger üçün uzun zamandır gözlənən yeni xüsusiyyətini təqdim etməyə hazırlaşır. Messenger 1 milyon istifadəçisinin təhlükəsizliyini təmin etməyə hazırlaşır
The Verge-in xəbərinə görə, İyul ayında
başlayan və artıq bütün istifadəçilər üçün istifadəyə verilən şifrələmə
xüsusiyyəti sayəsində öz danışıqlarınızı hackerlərdən, hökümət nümayəndələrindənvə hətta "Facebook"un özündən qorumaq mümkün olacaq.
Gizli danışıqlar adıyla istifadə olunan
seçimi əlaqənizdəki bir istifadəçinin adının üzərinə klik edərək aktiv hala gətirə
bilərsiniz. Bundan əlavə mesajlar üçün öz-özünü silmə xüsusiyyəti də əlavə
olunub. Belə ki, siz mövcud tənzimləmələri edərək mesajların bir müddət sonra
silinməsinə nail ola bilərsiniz.
Bu yenilikdə siz GIF və ya video göndərə
bilməsəniz də foto və stiker göndərməyinizdə heç bir problem olmayacaq. Bundan əlavə
şifrəli danışıq üçün hər iki tərəfin də Messenger-in ən son versiyasına sahib
olması vacib şərtdir.
Maraqlı bir digər məqam isə danışıqlarızı yalnız
bir cihaz üzərində apara bilərsiniz, çünki söhbətlərinizi sadəcə bir cihaz üzərindən
oxuya bilərsiniz. Son olaraq cihazınızda saxlanan bütün gizli danışıqları
profil tənzimləmələri üzərindən silmə şansınız da mövcuddur.
Facebook-un təqdim etdiyi bu yenilik digər
messencer platformalarında artıq mövcud olsa da şifrələmə xüsusiyyətinin Messenger-ə
gəlməsi sevindirici haldır.
Paylaş
Bənzər xəbərlər