main-post-cover

    Facebook Messenger'ə istifadəçilərin birgə vdeo izləmələri funksiyası gəlir

    Sosial Media
    17.11.2018
    Emil Nəcəfov
        Facebook Messenger istifadəçiləri real zaman ərzində messencer daxilində birgə videolar izləyə biləcəklər. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumata əsasən Messenger-də birgə video izləmək funksiyası artıq test mərhələsindədir. Bu yeni funksiya ilin sonunadək çıxacaq Messenger yenilənmələrindən birində aktiv ediləcək. Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, Messenger-də olan qrup çat üzvləri istənilən an videonu dayandıra, bu və ya digər videoya çat üzvlərindən kimlərin baxdığını izləyə və videonu dayandırmadan qrup çatında video barəsində təəssüratlarını bölüşə biləcəklər. Belə hallarda offline olan çat üzvləri isə hansısa istifadəçinin qrup daxilində videoya baxdığı bildirişini əldə edəcəklər. Online olacaq istifadəçilər isə videoya baxmaqdan imtina etmək hüququna sahib olacaqlar.

    Linki kopyala