
Facebook Messenger-ə yeni oyun platforması əlavə olundu (VİDEO)
Sosial Media
07.05.2017
Farid
"Facebook”, Messenger-ə yeni oyun platforması Instant Games-i əlavə edib.
Yeni oyun platformasında istifadəçilər, HTML5 vasitəsilə oyunları mobil tətbiqin özündə və sosial şəbəkənin veb
versiyasında işə sala bilərlər. Məlumata əsasən oyunları smartfona yazmağa
ehtiyac yoxdur. Oyunu oynamaq üçün hansısa dostunuzla söhbət etdiyiniz
ismarıc bölməsinə daxil olaraq Instant Games düyməsinə klikləməyiniz kifayətdir.
Bu zaman təqdim olunacaq oyunlardan birini oynamaq mümkün olacaq. "Technote.az”ın
"TechCrunch”a istinadən verdiyi xəbərə əsasən həmsöhbət olduğunuz dostunuz isə
bu dəvəti link olaraq qəbul edəcək. İstifadəçilər oyunda qazanılmış nəticələri
xəbər lentlərində paylaşa bilərlər. İlkin mərhələdə Instant Games platformasına
17 oyun daxil edilib. Onların arasında Pac-Man, Arkanoid və Space Invaders kimi 2D oyunlar var. Hal-hazırda sözügedən platforma yalnız 30 ölkədə aktivdir.
Paylaş
Bənzər xəbərlər