
Facebook Messenger-in istifadəçi bazası 1 milyarda çatıb
Sosial Media
07.05.2017
Farid
Facebook Messenger-in aylıq auditoriyası 1 milyard istifadəçiyə çatıb. Beləliklə şirkət bildirib ki, Messenger sadəcə Facebook-un öz tətbiqindən
geri qalaraq IOS platformasında ən çox tələb olunan tətbiqdir. Android
platformasında isə Messenger milyard dəfə yüklənilib. Bu ilin yanvar ayında
Messenger-dən 800 milyon insan istifadə edirdi. Aprel ayında isə bu göstərici
900 milyon oldu. Şirkətin öz statistikalarına əsasən Messenger üçün artıq
18.000 bot hazırlanıb. Onun istifadəçiləri gün ərzində 22 milyondan çox GIF
formatlı fayllar, ay ərzində isə 17 milyard foto və milyard ismarıc göndərirlər.
Qeyd edək ki, bu ilin fevral ayında Facebook-un digər messengeri WhatsApp milyard
göstəriciyə nail olmuşdur. "WhatsApp-dan
hal-hazırda 1 milyard insan istifadə edir. 1 milyard insanı bir araya yığan bir
neçə servis mövcuddur” – deyə Mark Zuckerberg onda bildirmişdir.
Facebook-un öz istifadəçi bazası isə keçən ilin noyabr ayında 1.5 milyard
insanı keçmişdir. Şirkət Messenger-i inkişaf etdirərək ona yeni funksiyaları əlavə
etməkdə davam edir. Bu yaxınlarda Messenger-ə gizli çatlar funksiyası əlavə
olundu.
Paylaş
Bənzər xəbərlər