Logo
    main-post-cover

    "Facebook", Messenger üçün söhbət otaqları funksiyasını sınaqdan keçirir

    Sosial Media
    08.05.2017
    Facebook, Messenger-i təkminləşdirməkdə davam edir. Artıq bir çox xüsusiyyəti özündə birləşdirən Messenger üçün yeni bir xüsusiyyət də əlavə olunacaq. Artıq Facebook, Messenger-də söhbət otaqları adlı xüsusiyyətin üzərində işlər aparır. Bu yenilik bir qədər Twitter-ın 'Trending Topics' xüsusiyyəti ilə eynilik təşkil edəcək.
     

    Məsələn, hər hansı yeni film haqda heç tanımadığınız biri ilə asanlıqla müzakirə apara biləcəksiniz. Təbii ki, bu söhbət otaqları xüsusi olacaq. Bu vəziyyətdə bir söhbət otağında iştirak etmək üçün idarəçi təstiqi almağınız tələb olunur. Hələ ki, Messenger-in yeni xüsusiyyəti haqda ətraflı məlumat verilmir. Digər bir sual altında olan məqamsa bu yenilikdən kimlərin faydalana bilməsidir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    "Facebook", Messenger üçün söhbət otaqları funksiyasını sınaqdan keçirir | Technote