
Facebook Messenger\'də futbol oynayın
Sosial Media
07.05.2017
Farid
Facebookun, istifadəçilərinin daha sonradan kəşf etdiyi, Messengerdə gizlənmiş üçüncü bir oyunu daha ortaya çıxdı.
Son 5 ayda Facebookun Messenger platformasına gizlədiyi 3-cü bir oyun daha ifşa olundu. Daha əvvəl gizlədilən
şahmat və basketbol oyunları deşifrə edilən Messengerdə, indi də bir futbol oyununun varlığı ortaya çıxdı.
Oyunun iş prinsipi eynilə basketbolda olduğu kimidir. Yəni Messenger'dan dostunuza futbol topu emojisi göndərirsiniz və emojiyə toxunaraq oynamağa başlayırsınız.
Oyunun məqsədi topu mümkün qədər çox çiləyərək ən yüksək xala sahib olmaqdır. Barmağınızla topa hər toxunduğunuzda bir dəfə çiləmiş və qarşılığında bir xal almış olacaqsınız. Zamanlama çox əhəmiyyətlidir, əgər gec qalıb topu yerə salsanız başdan başlamaq məcburiyyətində qalacaqsınız.
Oyunu oynayabilmək üçün Facebook Messengerin ən son versiyasını yükləməlisiniz.
Paylaş
Bənzər xəbərlər