Logo
    main-post-cover

    Facebook Messenger\'ə möhtəşəm yeniliklər gəlir!

    Sosial Media
    08.05.2017
    Facebook’un uzun zamandır ayrı olaraq istifadə etdiyimiz populyar mesajlaşma servisi Messenger, Android Police saytının verdiyi xəbərə görə yaxın zamanlarda yenidən SMS dəstəyi ala bilər.

    Hələlik sadəcə Messenger’ın Android versiyası üçün gələcəyi söylənilən dəstək, insanların birbaşa olaraq Messenger üzərindən SMS göndərməsini təmin edəcək. Əslində bu dəstəyi çox uzun zaman öncə təqdim edən, amma istifadə olunmadığı üçün ləğv edən Facebook, deyəsən yeni bir potensialı dəyərləndirmək istəyir. SMS ilə normal mesajlar arasındakı fərqlər isə sadəcə söhbət balonlarının rəngində olacaq.
    Ortaya çıxan digər bir məlumata görə isə Messenger üçün bir neçə hesab xüsusiyyəti veriləcək. Beləliklə, bir neçə Facebook hesabını bir proqramdan idarə edə biləcəksiniz. Bu xüsusiyyət bəzi istifadəçilərə təqdim olunsa da, rəsmi olaraq bütün istifadəçilərə nə vaxt təqdim olunacağı bilinmir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...