main-post-cover

    'Facebook' öz istifadəçilərini suiqəsd hallarından xilas edəcək

    Sosial Media
    28.11.2017
    Farid Pardashunas
    Facebook sosial şəbəkəsi suiqəsdlərin profilaktik həll yolunu tapıb.
    Əsasən yeniyetmələr arasında rast gəlinən bu problemin aradan qaldırılmasında sosial şəbəkəyə süni zəka texnologiyası yardımçı olacaq. Tərtibatçılar mütəmadi olaraq süni zəka texnologiyasını yeniləyirlər. Bu isə öz növbəsində Facebook istifadəçiləri arasında potensial suiqəsd etməyi istəyənləri daha effektiv tapmaqda süni zəkaya yardımçı olacaq.
    “Facebook”un təsisçisi Mark Zuckerberg-in məlumatına əsasən süni zəka sistemi paylaşımları, ismarıcları və Facebook Live canlı yayımlarını analiz edəcək. Əgər süni zəka analiz zamanı istifadəçidə suiqəsd istəyi aşkar edərsə, onda xüsusi təlimatlanmış moderatorlara xəbər veriləcək. Həmin moderatorlar da bu cür təhlükənin ola biləcəyini dəqiqləşdirəndən sonra həmin şəxsin dostları və ailə üzvləri bu barədə xəbərdarlıq alacaqlar
    Bu halda istifadəçilər öz yerlərinin təyin edilməsi funksiyasını deaktiv edə bilməyəcəklər. Daha əvvəllər bu cür hallar barədə məlumatlar suiqəsd etmək və ya bu niyyətdə olan şəxsin dostları və ailə üzvləri tərəfindən moderatorlara bildirilirdi. Onlar isə öz növbəsində yardım xidmətinə müraciət edirdilər. İndi isə Facebook bu cür halları şəxsin dostları və ailə üzvlərindən daha tez təyin edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər