'Facebook', qadağalardan yan keçərək öz servisini gizli şəkildə Çində istifadəyə verdi
Sosial Media
13.08.2017
Farid Pardashunas
“Facebook”, qadağalardan yan keçərək özünün fotolar mübadiləsi üzrə Colorful Ballons adlı tətbiqini Çində istifadəyə verdi.
Sözügedən servis bu ilin May ayında Çin şirkəti tərəfindən
istifadəyə verilib. Beləliklə onun “Facebook” ilə olan əlaqəsini sezmək mümkün
olmayıb. Lakin buna baxmayaraq servisin funksionallığı və xarici görünüşü,
Facebook Moments-ə çox bənzəyir. “Facebook” təmsilçiləri isə qeyd ediblər ki,
onlar uzun zamandır ki, Çin bazarı ilə maraqlanır və onu hər tərəfdən müşahidə
edirlər. “Biz hal hazırda öz reklam platformamızı təqdim edərək Çin şirkətləri
və proqram tərtibatçılarına, Çindən kənar bazarlara çıxmağa yardımçı olmağa
diqqətimizi yönəltmişik” – deyə şirkət bildirib. Qeyd etmək lazımdır ki, Çində
Facebook 2009-cu ildən, Instagram isə 2014-cü ildən bəri deaktiv olunub. Bu
ilin İyul ayının ortalarından isə hökümət yavaş-yavaş WhatsApp messencerini də
deaktiv etməyə başlayıb. Bununla paralel olaraq şirkət öz servislərinin sözügedən
ölkədə istifadəsi imkanları mövzusunda Çin höküməti ilə danışıqlar aparır.
Sosial şəbəkənin bu ölkəyə olan marağı, yüksək sayda internet istifadəçisi ilə
(700 milyondan çox) bağlıdır. Şirkətin CEO-su Mark Zuckerberg, Çin höküməti ilə
əlaqələrin yaxşılaşdırılması üçün dəfələrlə müxtəlif cəhdlər etmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ