Logo
    main-post-cover

    Facebook qruplarında istifadəçi adları dövrü başlayır

        Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Facebook qruplarında istifadəçilər artıq öz real adları əvəzinə ləqəb və xüsusi avatarla paylaşım edə biləcəklər. Bu yenilik Facebook-un illərdir davam edən “real ad” siyasətindən kiçik, lakin diqqətçəkən uzaqlaşma kimi qiymətləndirilir.

        Facebook-un açıqlamasına görə, qrup üzvləri istəsələr, profil adları əvəzinə qrup daxilində yalnız həmin qrupa məxsus olan bir ləqəblə paylaşımlar edə bilərlər. Lakin bu ləqəb və avatarların aktiv olması üçün əvvəlcə qrup adminləri tərəfindən təsdiqlənməsi tələb olunur.
        Bu funksiya xüsusi ilə mövzuya həssas qruplarda anonimlik istəyən istifadəçilər üçün nəzərdə tutulub və platformanı Discord-a bənzədən yeni bir addım hesab edilir.
    Paylaş