Logo
    main-post-cover

    Facebooka "SATIŞ QRUPLARI" kateqoriyası əlavə olundu.

    Facebook, satış əməliyyatlarının artırılması üçün "Satış Qrupları" adını verdiyi yeni kateqroiyanı təqdim edir.


    Dünyanın ən böyük sosial şəbəkəsi olan facebook daha çox istifadəçi cəlb etmək və mövcud istifadəçilərinə yeni imkanlar yaratmaq üçün sözün əsl məansında var gücü ilə çalışır. Demək olar hər ay yenilənmə alan sözü gedən sosial şəbəkənin bu dəfə ki, hədəfi satış qruplarıdır. Adından anlamaq olar ki, əsas hədəf facebook üzərindən olan satışların artırılmasıdır. Ən çox istifadə olunanlar bölməsinə əlavə edilən bu yeni kateqoriya sizə həmin qruplara giriş əldə etmək və sizin mövzuya uyğun olan satış qrupları ilə tanış olmağınıza imkan yaradır. Təbii ki, internetdən istifadənizə və maraqlarınıza uyğun olaraq facebook sizə satış qrupları təkliflərini edir. Bu məlumatlar əldə ediləndən sonra sizə xüsusi olaraq bir platforma təqdim olunur.


    Paylaş
    Bənzər xəbərlər