Logo
    main-post-cover

    Facebook saxta profillərin qarşısını almaq üçün yeni funksiya əlavə edib

    Facebook saxta profillərin qarşısını almaq üçün hazırladığı yeni funksiyanı təqdim edib. İstifadəçilər bu funksiya vasitəsilə saxta profillərdən qorunacaq. Bəs bu prosesə necə nəzarət olunacaq və istifadəçilər necə məlumatlandırılacaq ?

    Facebook saxta profil açanlara qarşı tədbir görməyə başlayıb. Saxta profili sadəcə əyləncə üçün açanlar bir tərəfə, bunu müxtəlif məqsədlər - hədə-qorxu, şantaj və ya cinayət üçün edənlər də var.

    Bir çox istifadəçi saxta profillərdən şikayət edir. Saxta profillər sosial media vasitəsilə insanları narahat etməyə davam edir. Bu halları nəzərə alan Facebook, yeni funksiya əlavə edib. 
     
    Facebook saxta profillərin qarşısını almaq üçün yeni funksiya əlavə edib


    Başqa bir adam sizin adınızdan və şəklinizdən istifadə edərək profil açsa, Facebook sizə bildiriş göndərəcək. Adınız və şəklinizin başqaları tərəfindən istifadə olunmaması üçün şəxsi məlumatlarınız araşdırılacaq. Məlumatlar araşdırıldıqdan sonra, saxta profil olduğu bilinsə, bu haqda sizə bildiriş gələcək və sizə də bunun qarşısını almaq üçün şərait yaradılacaq.
    Paylaş
    Bənzər xəbərlər