main-post-cover

    Facebook seçilmiş şirkətlərə istifadəçilərin gizli dostluq siyahısı məlumatlarını təqdim edibmiş

    Sosial Media
    05.12.2018
    Farid Pardashunas
        İngiltərə parlamenti Facebook şirkətinin bir sıra daxili elektron məktublarını təqdim edib. Həmin məktublardakı məlumatlardan belə qənaətə gəlmək olar ki, vaxtı ikən şirkət bir sıra digər şirkətlər ilə əməkdaşlıq edib və həmin şirkətlər Facebook-un “ağ siyahısı”na daxil ediliblər. Həmin siyahıdan olan şirkətlərə Facebook istifadəçilərin gizli saxladıqları dostluqlar siyahısı məlumatlarını təqdim edib. Həmin şirkətlərin siyahısında Netflix, Airbnb Lyft var.
        Bundan əlavə olaraq İngiltərə parlamenti tərəfindən təqdim edilmiş məktublarda istifadəçi məlumatlarının təqdim olunması qarşılığında edilmiş ödənişlər barəsində müzakirələr də var. “Bizim daha öncə dəfələrlə bildirdiyimiz kimi Six4Three şirkəti tərəfindən təqdim edilmiş sənədlər sadəcə olaraq hadisənin bir hissəsidir və onlar elə şəkildə təqdim olunublar ki, əlavə kontekst olmadan yanlış fikrə yönəldirlər. İstənilən biznesdə olduğu kimi biz də dayanıqlı biznes modelin yaradılması üzrə müxtəlif üsulları müzakirə etmişik. Lakin fakt ondan ibarətdir ki, biz heç zaman istifadəçi məlumatlarını satmamışıq” – deyə Facebook təmsilçisi bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər