Logo
    main-post-cover

    Facebook Səhifələr`in dizaynını dəyişdi.

    Sosial Media
    08.05.2017

    Facebook bu gündən başlayaraq səhifələrin dizaynını dəyişməyə başlayıb.

    Facebook veb portal üzərində gərgin şəkildə işləməyə davam edir. Bu gün artıq səhifələr yeni dizaynına qovuşdu. Yeni dizayn ilə səhifələri daha göz oxşayan hala gətirən Facebook, yeni dizaynda sanki bir bloqu xatırladır. Artıq profil şəkli örtük şəklinin üzərində deyil, onun sol tərəfində yer alır. Profil şəklinin altında isə səhifədəki bütün bölmələr sütun şəklində yerləşdirilib. Örtük şəklinin altında isə "Bəyən", "Mesaj yaz" və "Ətraflı" bölmələri yer alıb. Səhifənin sağ kənarında isə səhifə haqqında ümumi məlumatlar, tədbirlər, videolar və səhifə ilə bağlı insanların şərhləri yerləşdirilib. Status bölməsinin altında isə səhifənin statistikaları önə çıxır. Bununla da səhifənin statistikalarına istənilən an nəzər salmaq mümkündür.
     
    Xəbərlər lenti isə tam ortada yerləşdirilib. Beləliklə, səhifə artıq daha eleqant görünüş alıb. Bu görünüşün profillər üçün də aktiv olub olmayacağı hələlik bilinmir. Facebook tərəfindən bununla bağlı heç bir məlumat verilməyib.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Facebook Səhifələr`in dizaynını dəyişdi. | Technote