
Facebook Şəkillərinizi Silməyə Başladı
Sosial Media
07.05.2017
Farid
Dünyanın ən çox istifadə olunan sosial şəbəkəsi facebook varlığından özünüzün belə xəbəriniz olmadığı şəkilləri silməyə başlayır.
Facebook, yadınızdadırsa 2012-ci ildə "telefondan sinxronizasiya" adı altında bir funkisya ilə telefonunuzda olan şəkilləri profilinizə gizli bir şəkildə yükləməyi təmin edən imkan yaratmışdı. Daha sonra həmin bu funksiyadan istifadə edən istifadəçilərə bu haqda geri bildiriş göndərilərək, həmin şəkillərin yenidən yüklənməsi haqqında xəbərdarlıq edilmişdi. İndi ki, halda isə facebook həmin bildirişlərə reaksiya verməyən və facebook-a gizli olaraq sinxronizasiya etdiyi şəkilləri geri yükləməyən istifadəçilərin şəkillərinin silinməsi prosesinə başlayır. 7 iyul 2016-ci il tarixinə qədər bu prosesin başlanması planlaşdırılır.
The Independent-də yer alan məlumata görə facebook-un bu qərarı almasının əsas səbəbi 2015-ci ildə təqdim etdiyi yeni xüsusiyyət "anlar" adlı özəllikdir.
"Anlar" xüsusiyyəti vasitəsilə siz köhnə şəkillərinizi sinxronizasiya etmədən facebook-un təklifləri vasitəsilə paylaşa bilirsiniz. Bu xususiyyət sizin köhnə şəkillərinizi yaşadığınız ana uyğun paylaşmağa imkan yaradır. İndi isə artıq facebook yen bir qərar alıb. Artıq bu xususiyyət yeni bir tətbiqdə yeni imkanlarla birləşir. "Moments" adlı bu tətqbiqin köməyi ilə istədiyiniz vaxt anlarınızı bölüşə biləcəksiniz. Bu yenilənmə ilə facebook-un gizli şəkilləri silməsi barədə istifadəçilərə bildirişin göndərib, göndərməyəcəyi ilə bağlı məlumat isə yoxdur.
Paylaş
Bənzər xəbərlər