Facebook şirkəti Dating tanışlıq servisini istifadəyə verdi

Facebook şirkəti Dating tanışlıq servisini istifadəyə verdi

Sosial Media
21.09.2018 PAYLAŞIM

    Lakin yeni servis hələki Kolumbiyada aktivdir. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Dating servisini hələ bu ilin May ayında anons etmişdi. Facebook Dating servisi iOS Android üçün olan Facebook tətbiqinin daxilində çalışır. Onu “Hamburger” menyusu vasitəsilə işə salmaq olar. Servis yalnız 18 yaşdan yuxarı insanlar üçün aktivdir. Onun daxilində isə hələki reklam və ya ödənişli funksiyalar yoxdur. Facebook Dating-ə keçid edən kimi servis istifadəçiyə əlavə hesab yaratmağı təklif edir. İstifadəçinin əsas Facebook hesabından isə yalnız onun adı və yaşı götürülür. Dating-də hesabın yaradılması üçün istifadəçi öz qısa bioqrafiyasını (təhsil, iş yeri, ailə vəziyyəti və s.) qeyd etməli və 20 suala cavab verməlidir.



    Həmin suallar arasında “Sizin gününüz necə ideal olur?” və ya “Sizi oxumağa həvəsləndirən mahnı hansıdır?” kimi suallar var. Bundan əlavə olaraq istifadəçi servisə 12 foto da yükləyə bilər. Həmin fotoları əsas Facebook hesabından və ya Instagram hesabından köçürmək mümkündür. Bundan sonra istifadəçi yerləşdiyi yerdən 100 km-lik radiusda potensial partnyoru axtara bilər. İstifadəçinin yerini isə Facebook özü avtomatik təyin edəcək. İnsanların müəyyən region üzrə axtarışı funksiyası olmayacaq. Sosial şəbəkə istifadəçiyə oxşar maraqlara və qeydiyyat zamanı verilmiş cavablara sahib potensial partnyorları təklif edəcək. İstifadəçinin əsas Facebook hesabındakı dostlar və bloklanmış istifadəçilər Dating servisdə istifadəçiyə təklif olunmayacaq.

    Bundan əlavə olaraq Facebook Dating servisində qeydiyyatdan keçməmiş istifadəçini həmin servisdə tapmaq mümkün olmayacaq. Baxmayaraq ki, həmin şəxsin əsas Facebook hesabı var. Ünsiyyət üçün qarşılıqlı razılaşmanın əldə olunması prinsipi ilə çalışan Tinder kimi tanışlıq servislərindən fərqli olaraq Facebook Dating-də istifadəçi istənilən digər istifadəçiyə yaza bilər. Lakin bu məsələdə limit var. Belə ki, istifadəçi gün ərzində 100 nəfərdən çox insana yaza bilməz. Potensial partnyor isə istifadəçinin yazdığı mesaja cavab verə və ya onu rədd edə bilər. Ünsiyyət prosesi servisin daxilindəki çat vasitəsilə reallaşdırılır. Həmin çatda ünsiyyət isə yalnız mətnli mesaj və emojilər vasitəsilə həyata keçirilir. Çat hələki videocall və ya foto göndərmək özəlliyinə sahib deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.


Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Müqəddəs Ramazan ayı boyu aztəminatlı ..

×