main-post-cover

    Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılması səbəbilə cərimələnə bilər

    Sosial Media
    21.01.2019
    Farid Pardashunas
        ABŞ-ın federal ticarət komissiyası (FTC) Facebook şirkətini yüksək şəkildə cərimə ilə cəzalandırmağı müzakirə edir. Bunun əsas səbəbi isə şirkətin öz istifadəçilərinin özəl məlumatlarının lazımi səviyyədə təhlükəsizliyini təmin edə bilməməsidir. Bu barədə The Washington Post qəzetinin saytı xəbər verib. Məlumata əsasən əgər qərar qəbul edilsə, cərimə 22.5 milyon dollardan bir qədər çox olacaq. Qeyd etmək lazımdır ki, FTC 2012-ci ildə Google şirkətini məhz 22.5 milyon dollar dəyərində cərimələmişdi.
        Həmin cərimənin əsas səbəbi isə Google şirkətinin öz istifadəçilərinin internetdəki əməliyyatlarını izləməsi idi. Məlumata əsasən FTC-nin Facebook şirkəti ilə bağlı istintaqının yekun qərarı və cərimə göstəricisi yaxın zamanda məlum olacaq. Facebook şirkəti öz istifadəçilərinin məlumatlarının kənar tətbiqlərə ötürülməsi barəsində istifadəçiləri məlumatlandırmalı və onlardan bunun üçün icazə almalıdır. Əgər FTC qərar versə ki, şirkət bu qanunlara riayət etməyib, deməli Facebook şirkətini cərimə cəzası gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər