main-post-cover

    Facebook şirkəti LOL adlı yeni sosial şəbəkəni test edir

    Sosial Media
    19.01.2019
    Farid Pardashunas
        Facebook şirkəti artıq bir neçə aydır ki, yeniyetmələr üçün LOL adlı tətbiqin testini aparır. Bu barədə Techcrunch saytı xəbər verib. Faktiki olaraq LOL, internet memlərdən, GIF-lərdən və gülməli videolardan ibarət ana səhifədir. İstifadəçilər həmçinin ora öz videolarını da yükləyə bilərlər. Videolar, GIF-lər və internet memlər Facebook-un müxtəlif qruplarından yığılaraq müxtəlif kateqoriyalar üzrə sıralanır: For you, Animals, Fails, Pranks və s.

        Bundan əlavə olaraq LOL-da paylaşmaq düyməsi və videoların göndərilməsi üçün URL ünvanların qeyd olunması bölməsi də var. Facebook şirkəti LOL üzərində çalışdığını təsdiqləyib və qeyd edib ki, o hələki ilkin test mərhələsindədir. Hal hazırda LOL ABŞ-ın yüzlərlə məktəbliləri tərəfindən test edilir. Şirkət həmçinin qeyd edib ki, LOL dəqiq şəkildə Watch bölməsinin bir hissəsi olmayacaq. Lakin bunun ayrıca tətbiq və ya servis şəklində olub-olmayacağı barəsində də heç bir məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər