
Facebook şirkəti tanışlıq servisi Facebook Dating tətbiqinin testinə başlayıb
Sosial Media
04.08.2018
Emil
Amerikalı tərtibatçı Jane Wong öz Twitter hesabında FacebookDating adlı tanışlıq tətbiqinin yeni fotolarını paylaşıb. Wong sözügedən tətbiqdə
yalnız qeydiyyatdan keçməyi və təqdim olunmuş anketi doldurmağı bacarıb. Tətbiqin
funksiyalarından istifadə etmək isə mümkün olmayıb. Onun sözlərinə əsasən yeni
tətbiqdəki istifadəçi hesablarını hələki Facebook əməkdaşları aktivləşdirə bilərlər.
Bunu həmçinin tətbiqdə ortaya çıxan ilk səhifədəki məlumat da təsdiqləyir:
“Tətbiq
yalnız ABŞ-dan olan Facebook əməkdaşları üçün aktivdir. Onlar servisin testində,
bug-ların və interfeysdəki narahat özəlliklərin tapılıb aradan qaldırılmasında
iştirak edirlər”. Elanda həmçinin qeyd olunub ki, sözügedən tətbiq iş
yoldaşları ilə görüşlər üçün nəzərdə tutulmayıb və şirkət davranış normalarını
pozmuş əməkdaşları cəzalandıracaq. Test iştirakçılarından isə tətbiqdə özləri barədə düzgün
olmayan məlumatların qeyd olunması tələb olunur. Şirkət həmçinin söz verir ki,
həmin məlumatlar servisin işə salınması vaxtı silinəcək.
Beləliklə təqdim
olunmuş yeni fotolardan da görmək olar ki, istifadəçi Facebook Dating servisindəki
səhifəsini Facebook-dakı dostlarına göstərib-göstərməmək üzrə seçim edə biləcək.
Bununla yanaşı istifadəçi öz dostlarının dostları ilə görüşlərdən də azad
olacaq. Səhifənin yaradılması zamanı istifadəçi öz cins seçimində təkcə kişi və
qadın deyil həmdə transgender qadın və transgender kişi kimi variantları da seçə
biləcək. Bu cür variantlar həmçinin potensial partnyor axtarışı sistemində də var.
Bundan əlavə olaraq öz cins seçimi və axtarış zamanı potensial partnyorun
cins üstünlükləri Facebook Dating servisinin digər istifadəçiləri üçün görünməyəcək.
Bundan əlavə olaraq Wong sözügedən
tətbiqdə Conversation Starter adlı funksiya da aşkar edib. Onun fikrincə bu
funksiyadan ünsiyyətin qurulmasında istifadə olunacaq. Facebook isə bu tanışlıq
servisinin şirkət daxilində test olunduğu xəbərini təsdiqləyib.
Paylaş
Bənzər xəbərlər