
Facebook, süni zəka tədbiq edəcək. Əngəlsiz həyat!
Sosial Media
07.05.2017
Farid
Facebook uzun müddətdir yeni bir texnologiya üzərində işləyir və yaxın zamanda bu texnologiyanın tədbiqin hədəfləyir. Söhbət hamımıza yaxşı tanış olan süni zəkadan gedir. Facebook-un qurucusu Mark Zeckerberg facebook üzərindən etdiyi açıqlamada bu məsələni təsdiqləyib və ətraflı məlumat verməklə video paylaşıb. Artıq facebook paylaşılan şəkilləri tanıma xüsusiyyətini daha da inkişaf elətdirəcək. Görmə əngəlli olan insanlar facebookda şəkilə daxil olduqda avtomatik olaraq facebook şəkil haqqında, orada kimlərin olması barədə maraqlanan şəxsə informasiya verəcək. Eyni zamanda şəkili kimlərin bəyəndiyini və rəylərdə nələrin qeyd olunduğunu səsli çatdırmaq kimi imkanlar olacaq. Mark bu texnologiyanın əngəlli insanlar üçün faydalı ola biləcəyin qeyd edir.
Paylaş
Bənzər xəbərlər