main-post-cover

    Facebook təhlükəsizlik üçün istifadəçidən selfie foto tələb edəcək

    Sosial Media
    29.11.2017
    Farid Pardashunas
    “Facebook” artıq yarım ildir ki, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün selfie foto funksiyasını test edir.
    Belə ki, əgər sosial şəbəkə hansısa şəxsin hesabında şübhəli nəsə aşkar edərsə, o zaman o, hesabın məxsus olduğu şəxsdən selfie foto tələb edə bilər. Bu barədə Wired saytı xəbər verib. Bununla belə həmin selfie fotoda istifadəçinin üzü aydın şəkildə əks olunmalıdır. Sistem şübhəli ehtimalı hələ qeydiyyat zamanı, kiməsə dostluq təklifi göndərən zaman, reklam kampaniyası yaradarkən və s. kimi hallarda aşkar edə bilər. Belə olduğu halda istifadəçi yoxlanış üçün öz selfie fotosunu göndərməli olacaq.

    Həmin selfie foto Facebook hesabında olan digər fotolarla müqayisə edilir. Bununla yanaşı çəkilmiş selfie foto Facebook hesabında olan digər fotolarla üst-üstə düşməməlidir. Proses sona çatandan sonra həmin selfie foto sistemdən silinir. Bu yeni funksiya barəsində məlumatlar hələ bu ilin Aprel ayında təqdim olunmuşdu. İstifadəçilərin verdikləri məlumata əsasən sistem bu prosesin nəticəsini 72 saat ərzində təqdim etməyə söz verir. Bu müddət ərzində isə Facebook hesabına giriş blocklanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər