
Facebook Telegram-ın vacib funksiyasını özündə tətbiq edəcək
Sosial Media
07.05.2017
Farid
Facebook gizli çatların yaradılması haqqında rəsmi olaraq
bildirib. Yeni funksiya sayəsində xüsusi kodlaşdırma ilə qorunan mesajlara müəyyən
vaxt limiti qoyduqda onlar lazımi şəxsə göndəriləndən sonra avtomatik olaraq
pozulacaqlar. Məhz Telegram messengerindədə bu cür kodlaşdırma və gizli çatlar
mövcuddur. Bu texnologiya həmçinin Facebook-a aid olan WhatsApp messengerindədə
istifadə olunur. Məlumata əsasən sosial şəbəkədə Open Whisper Systems-dən olan həmin Double
Ratchet protokolundan istifadə ediləcək. Həmin gizli yazışmaları hətda
Facebook-un idarəçiləri belə oxuya bilməyəcəklər. Bu texnologiyaya əsasən
kodlaşdırılmış yazışmaların açarları bir qayda olaraq həmin yazışmaları göndərmiş
cihaza bağlı olacaq. Beləliklə əgər siz mesajın avtomatik olaraq pozulmasına qədər
çata digər cihaz ilə daxil olsaz belə yazışmada göndərilmiş mesajları görə bilməyəcəksiz.
Hələki gizli çat funksiyası test mərhələsini keçir və çox az adam üçün
aktivdir. Yayın sonuna kimi Facebook bu funksiyanın auditoriyasını genişləndirməyi
planlaşdırır.
Paylaş
Bənzər xəbərlər