main-post-cover

    Facebook'un keçmiş əməkdaşları şirkəti təhdid etmiş insanların izlənməsindən danışıblar

    Sosial Media
    15.02.2019
    Farid Pardashunas
        Facebook şirkəti təhlükəsizlik xidmətinin seçimi ilə şirkət əməkdaşları və şirkətin özü üçün potensial təhlükə mənbəyi kimi çıxış edən insanların siyahısını tərtib edir, onların harda yerləşdiklərini və haraya getdiklərini izləyir. Bu barədə şirkətin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları CNBC saytına bildiriblər. Əgər istifadəçilərin təhdidləri təsdiqlənərsə, onlar şirkətin BOLO adlı (Be On The Lookout) siyahısına daxil edilirlər.
        Həmin siyahıdakı insanların harda yerləşdiklərini təyin etmək üçün şirkət onların smartfonlarındakı Facebook tətbiqindən və ya sosial şəbəkənin veb versiyasına daxil olmuş insanların IP ünvanlarından istifadə edir. Bəzi istifadəçilər sözügedən siyahıya təhdidlərin əks olunduğu elektron məktubların göndərilməsi və ya şirkət təchizatının oğurlanması halında düşürlər. Bəziləri isə həmin siyahıya şirkətin CEO-su Mark Zuckerberg-ə təhqir yazmaqla düşə bilirlər.
        Şirkət işçilərindən birinin verdiyi məlumata əsasən BOLO siyahısına düşməyin dəqiq bir kriteriyaları yoxdur. Seçimlər individual olaraq aparılır. Facebook şirkətinin təmsilçisi isə buna etiraz olaraq bildirib ki, siyahıya əlavə olunma ciddi kriteriyalar vasitəsilə aparılır. “Keçmiş əməkdaşlar həmin siyahıya zorakılıq və təqibetmə təhlükəsi də daxil olmaqla hüquqi və kadr orqanları tərəfindən yoxlanışdan keçəndən sonra yalnız müəyyən hallarda daxil edilirlər” – deyə şirkət təmsilçisi bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər