
Facebook-un mobil tətbiqində səsli köməkçi aşkar edildi
Sosial Media
14.09.2017
Emil
“Facebook”un, özünün səsli köməkçisi üzərində çalışdığı barəsində yeni məlumatlar ortaya çıxıb.
Şirkətin hazırladığı səsli köməkçi, Siri və Alexa ilə rəqabət
aparacaq. Son zamanlarda olan trendə əsasən hansısa şirkətin yeni məhsulu
haqqında məlumatlar əsasən artıq istifadə olunan məhsulların sistem kodlarında
aşkar edilir. Buna misal olaraq iPhone X haqqında məlumatların necə yayıldığını
göstərmək olar. Bu dəfə bu cür hadisə, “Facebook” ilə baş verdi. Belə ki,
proqramçı Blake Tsuzaki, Facebook-un mobil tətbiqinin son versiyasında, səsli
köməkçiyə işarə edən məlumatlar aşkar edib. Əldə olunmuş məlumatlara əsasən səsli
köməkçi, standart sorğuları yerinə yetirəcək.
Yəni, o, məlumat axtaracaq,
istifadəçiyə müəyyən təklifləri edəcək və ya məsələn hər hansısa bir idman
növündə hansı idman komandasının qalib gəlmə ehtimalının yüksək olduğunu təyin
edəcək. Tsuzaki qeyd edib ki, tətbiqin sistem kodunda səsli köməkçi barəsində
izlərə ilk dəfə bu ay rast gəlib. Hal hazırda o deaktiv edilib. Lakin
proqramçının bildirdiyinə görə o, səsli köməkçi vasitəsilə bir neçə sorğunu
yerini yetirib. Ənənəvi olaraq “Facebook” bu barədə heç bir məlumat verməyib.
Şirkət sadəcə bildirib ki, hal hazırda tətbiqdə səsli köməkçi funksiyası yoxdur
və hətta çox kiçik auditoriya daxilində belə, test edilmir. Şirkətin, özünün səsli
köməkçisini yaratması barəsində şaiyələr çoxdan yayılmışdır. Lakin şirkət heç
vaxt həmin məlumatları təsdiq etmirdi. Bununla yanaşı şirkətə yaxın olan şəxslərin
məlumatlarına əsasən səsli köməkçi üzərində bir neçə müddət bundan öncə
yaradılmış və istehlakçı texnologiyasından cavabdeh olan şöbə çalışır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
