main-post-cover

    Facebook-un öz istifadəçilərini dinləyərək onlara reklam postlarını təqdim etməyi sübut edən video yayıldı

    Sosial Media
    31.10.2017
    Farid Pardashunas
    Reddit saytında “Facebook”un, öz istifadəçilərini dinləyərək onlara müxtəlif reklamlar təqdim etdiyini sübut edən videoya maraq artıb.
    Sözügedən video AnimalCrust ləqəbli istifadəçi tərəfindən Reddit saytına əlavə olunub və bir neçə saat ərzində həmin video 100.000 bəyənmə, 11.000 şərh əldə edib. Videoda əks olunmuş şəxs, Facebook-un, cihazlardakı mikrofonlar vasitəsilə insanların məişət söhbətlərini necə dinlədiyini və daha sonra sosial şəbəkədə həmin söhbətlərdəki mövzular üzrə reklamları təqdim etdiyini göstərib.
    Beləliklə videonun əvvəlində həmin şəxs bilərəkdən yalnız pişiklər və pişik yemləri barəsində söhbət edir. Daha sonra o, Facebook tətbiqinə daxil olur və ev heyvanları üçün nəzərdə tutulmuş yemlərin reklamının peyda olduğunu əks etdirir. Videoya şərh bildirmiş Reddit istifadəçiləri qeyd ediblər ki, onlar da bu cür vəziyyətlərlə dəfələrlə qarşılaşıblar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər