Logo
    main-post-cover

    Facebook-un şərh bölməsinə çoxdan gözlənilən funksiya gəlir

    Sosial Media
    08.05.2017

    "Facebook”, şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir.

    "Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə biz bu funksiyanı test etməyə başlamışıq. Qeyd etmək istəyirik ki, bu sadəcə hələki testdir” – deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər. Məlumata əsasən şərhlərdəki GIF düyməsi ilk öncə bir sıra istifadəçilrə üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq. Şərhlərdə olacaq GIF düyməsi, Messenger-dəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Facebook-un şərh bölməsinə çoxdan gözlənilən funksiya gəlir | Technote