main-post-cover

    Facebook Web-ə Instagram-ın ən məşhur funksiyası gəlir

    Sosial Media
    21.01.2018
    Farid Pardashunas
    “Facebook” şirkəti kompüterlər üçün Stories funksiyasını test etməyə başlayıb.
    Beləliklə bundan sonra istifadəçilər Stories paylaşımlarını brauzer vasitəsilə yükləyə biləcəklər. Kompüter vasitəsilə Stories paylaşımının yüklənməsi funksiyası tədricən reallaşdırılacaq və yaxın zamanda hələki kiçik istifadəçi kütləsi üçün aktiv ediləcək. Lakin bir neçə müddətdən sonra hamı üçün təqdim ediləcək. Şirkət bildirib ki, Stories paylaşımının kompüter vasitəsilə yaradılması üçün istifadəçilərin sosial şıbəkədəki xəbər səhifələrinin dizaynında bəzi dəyişikliklər olunub. Belə ki, bundan sonra dostların Stories paylaşımları xəbər səhifəsinin yuxarı sağ hissəsində deyil xəbər səhifəsinin yuxarı hissəsində əks olunacaq. Şirkətin fikrincə bu cür paylaşımlar daha çox diqqətə layiqdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər