Logo
    main-post-cover

    Facebook`a tərcümə aləti gəlir

    Sosial Media
    08.05.2017
    1.5 milyardan çox insanın istifadə etdiyi social şəbəkə - Facebook'un sadəcə yarısı ingiliscə danışa bilir. Bu böyük kütləni əhatə etsə də, şirkət yeni sistem ilə fərqli dillər arasında da inteqrasiyaya nail olmaq istəyir. Hal hazırda "Səhifələr”də təqdim olunan xüsusiyyət, insanların bir neçə dildə mesaj yayımlamasına şərait yaradır. Yeni sistem ilə yazılan mətnlər isə tərcümə olunur. Yəni insanlar Facebook səhifələrində bi mesajı həmin an mövcud dillərdən birinə tərcümə edirlər. Hal hazırda 44 fərqli dil üzrə dəstəyi olan süni zəkalı sistem, gələcəkdə daha da inkişaf etdiriləcək. Hələlik sadəcə müəyyən istifadəçilər üçün açıq olan sistem, yaxında bütün insanlar üçün təqdim olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Facebook`a tərcümə aləti gəlir | Technote