
"Facebook"dan "Snapchat"a daha bir zərbə:Messenger Day
Sosial Media
07.05.2017
Farid
"Facebook”, "Snapchat”ı çökdürməyi sanki qarşısına məqsəd qoyub. "Facebook”, "Snapchat”a məxsus "Hekayələr” xüsusiyyətini Facebook Messenger-də test etməyə başlayıb
Daha əvvəllərdə Facebook Messenger-də müəyyən
dəyişikliklər edən şirkət, bu dəfə də yeni bir xüsusiyyət təqdim etməyə
hazırlaşır. "Facebook”, Facebook Messenger-də "Snapchat”a məxsus "Hekayələr”
xüsusiyyətini gətirməyi planlaşdırır.
"Hekayələr” Facebook Messenger-də!
TechCrunch-da yer alan xəbərə görə
Facebook, test olaraq apardığı xüsusiyyətin adını "Messenger
Day” olaraq adlandırıb.
"Messenger Day” istifadəçilərə yaxın ətrafı
ilə 24 saat boyunca foto, video paylaşmalarına şərait yaradacaq. Bundan əlavə istifadəçilər
Messenger Day-də Snapchatı-ın "Hekayələr” funksiyasına bənzər mətin, filtr və
s. istifadə edə biləcəklər. İstifadəçilər, dostlarının və özlərinin
paylaşdıqlarını "My Day” adındakı paneldə görüntüləyə biləcəklər.
Paylaş
Bənzər xəbərlər