
"Facebook"un bu təklifi də rədd edildi!
Sosial Media
07.05.2017
Farid
Facebook hər keçən gün yeniliklər etsə də Snapchat-ı əldə etmək arzusu reallaşmadığı üçün dərin narahatlıq keçirir. "Facebook"un CEO-su Mark indi də Asiyanın Snapchatı olaraq tanınan Snow-u almaq niyyətindədir.
Facebook nə qədər məşhur sosial şəbəkə
olsa da "Snapchat”ı ala bilməməsi onu narahat etməkdə davam edir. Belə ki,
Snapchat artıq 25 milyard dollarlıq şirkətdir. Bu isə Facebook üçün böyük təhdid hesab oluna bilər. "Facebook”, "Snapchat”ı
ala bilmədiyi üçün onun bir çox xüsusiyyətlərini Instagram üzərində sınaqdan
keçirir. Bundan əlavə "Facebook”, "Snapchat”ın Asiya nümunəsi olan Snow-u almaq
üçün artıq ilk təklifini edib. "Snapchat”dan fərqli olaraq Asiyada Snow daha məşhurdur. Snow-un sahibi həmçinin Line adlı mesajlaşma tətbiqinin də sahibi Cənubi Koreya şirkəti "Naver"dir.
Verilən məlumata görə Mark, "Naver”in sahibləri ilə şəxsən əlaqə saxlayıb və
şirkəti almaq üçün çox yüksək məbləğ təklif edib. Amma rədd cavabı alıb.
Paylaş
Bənzər xəbərlər