Logo
    main-post-cover

    "Facebook"un reklamverənlər üçün yeni funksiyası

    "Facebook" reklam xidmətini yenilədi. Bundan sonra reklamlar üzərində daha çox seçim etmək mümkün olacaq. Bu yeniliyə firmalar tərəfindən daxil edilən endirim kodu da daxildir.

    Artıq uzun müddətdən bəri firmalar, "Facebook" üzərindən reklam nümayişini həyata keçirirlər. Bu reklamların içində qiymətlər, təkliflər, endirimlər yer almaqdadır. İndi isə Facebook üzərindən Endirim Kodu İstifadəsi Dövrü başlayır. Təkliflər istifadəçilərin xəbər lentində görünəcək. Bundan əlavə reklamların düzgün istifadəçi kütləsinə çatması üçün sistem yenidən optimizasiya edilib. Xəbər lentində bir təklif göründüyündə insanlar daha tez bu xidmətdən yararlana və ya daha sonra istifadə edə bilmək üçün yadda saxla rejimini istifadə edə biləcək. Bu bildirişlər adi Facebook bildirişləri kimi olacaq. Reklam verənlər asanlıqla təklifləri üçün xüsusi kampaniyalar və kupon kodları təşkil edə biləcəklər. İstifadəçilər sadəcə bu kodu kopyalayıb, təklif olunan mağazalardakı endirimlərdən yararlana biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər