main-post-cover

    Floridadan olan 20 yaşlı qız kalkulyatordan ayrılıb Tetris ilə evlənməyə qərar verdi

    Sosial Media
    09.01.2018
    Emil Nəcəfov
    Floridadan olan 20 yaşlı tələbə qız Noorul Mahjabeen Hassan videooyuna olan sevgisini qeyri-standart şəkildə göstərməyi qərara alıb.
    Belə ki, o, Tetris-i o qədər sevir ki, onunla hətta evlənməyə də hazırdır. Bu barədə Dailymail saytı xəbər verib. Tələbə qızın sözlərinə əsasən o, Tetris ilə 2016-cı ildən bəri ciddi münasibətdədir və bu onun ilk məhəbbəti deyil. Bundan əvvəl o, kalkulyator ilə münasibətdə olub. O hətta kalkulyatora Pierre De Fermat adını da qoymuşdu.

    “Mənim onunla bərk əlaqəm var. Mən Tetris ilə evlənməyi söyləməyi və qanuni mərasim keçirtməyi istəyirəm. Mən istəyirəm ki, siz hamınız bu tədbirdə iştirak edəsiniz. Mən düşünürəm ki, Tetris o qədər gözəldir ki, hətta idealdır və sizin zəkanızı stimullaşdırır” – deyə qız bildirib.

    Qeyd etmək lazımdır ki, qız həqiqətən də bu oyuna çox böyük maraq göstərir. Belə ki, o, günün 12 saatını müxtəlif cihazlar vasitəsilə bu oyunu oynamaqla keçirdir. Digər insanların onun bu seçiminə necə reaksiya verdikləri sualı veriləndə isə qız həmin insanlardan Tetris ilə görüşməmək üçün heç olmasa bir səbəbin deyilməsini istəyib. Baxmayaraq ki, qanuni cəhətdən onların bu münasibətini ciddi qanun çərçivəsində reallaşdırmaq olmayacaq. Qız yenə də öz yaxınları arasında kiçik mərasimin keçirilməsini planlaşdırır.
    Linki kopyala