Logo
    main-post-cover

    Gamerlər Fransa prezidentini sui-qəstdən xilas etdilər

    Sosial Media
    04.07.2017

    Bir neçə gün bundan öncə Paris polisi, Fransanın prezidenti Emmanuel Macron-u qətlə yetirmək istəyən 23 yaşlı gənci yaxalayıb.

    Maraqlısı isə ondadır ki, bu planı, adı çəkilməyən kompüter oyunları forumunun istifadəçiləri ifşa ediblər. Belə ki, sui-qəsti planlaşdırmış şəxs həmin forumda digər istifadəçilərdən Kalaşnikova bənzər silahın hardan tapılması mövzusunda sual verib. Forum istifadəçiləri dərhal bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər. Məlumata əsasən terrorist, Fransa prezidentini, Bastiliya qələbəsi günündə (14 İyul) qətlə yetirməyi planlaşdırırmış. Terroristin həbsi zamanı o, hüquq-mühafizə orqanları nümayəndələrini soyuq silahla hədələyib. Həbs olunmuş fransız şəxsin internet brauzerinin incələnməsi zamanı məlum olub ki, o, Emmanuel Macron-un olduğu yeri tapmağa çalışıb. Terrorist etiraf edib ki, Fransa prezidentini qətlə yetirəcəyi halda özünün siyasi bəyanatını verəcəkdi. Bundan əlavə olaraq o etiraf edib ki, onun planlarına həmçinin müsəlmanları, yəhudiləri, qara dərililəri və seksual azlıq nümayəndələrini qətlə yetirmək də daxil olub. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Gamerlər Fransa prezidentini sui-qəstdən xilas etdilər | Technote