
GIF sevərlər üçün cənnət
Sosial Media
08.05.2017
Sosial mediada böyük bəyənmə toplayan ancaq tapılması üçün bir xeyli axtarış edilən GIF-lər üçün artıq yeni bir mənbə var. Internet Archive, milyonlarla köhnə GIF-i bir araya gətirdi.
İnterneti arxivləyən vacib bir xidmət olan Internet
Archive, 20-ci ilinin şərəfinə, yeni bir GIF arxivini təqdim etdi.
4,5 milyon GIF-dən ibarət olan arxivdə, çox köhnə və
klassik GIF-lər yer alır.
Geocities-də yer alan milyonlarla GIF ilə yaradılan və
GIFcities adını alan arxiv eyni zamanda GIF-in yer aldığı orijinal saytın Wayback
Machine üzərindəki arxiv görüntülərinə də keçid linkini əlavə edir. Beləcə o
GIF haqqında olan xəbər və şərhləri də oxumaq imkanınız olacaq.
90-cı illərdən qalma 4,5 milyon GIF ilə tam mənası ilə rəqəmsal
bir arxeoloji dəyərə də sahib olan yeni arxiv vasitəsi ilə, sosial mediada
artıq 90-cı illərə aid çox daha artıq GIF görmək mümkün olacaq.
Maraqlananlar yeni GIF arxivinə "bu linkdən” baxa bilərlər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...