
Ghost for Chat ilə Messenger`də "oxundu" bilgisini gizlədin
Sosial Media
07.05.2017
Farid
Facebook Messenger söhbətlərində bildiyimiz kimi "oxundu” və "online”
bilgiləri daim aktiv olur.
"Online” bağlamaq mümkündür, amma "oxundu” məlumatını
gizlətmək qeyri-mümkündür. "Online” məlumatı da əslində tam gizlənmir. Əgər
Facebook proqramından istifadə edirsinizsə, siz sayta daxil olanda bu digər
istifadəçilərə görünür. Amma Ghost for Chat extension sayəsində Facebook
Messenger’da "oxundu” məlumatını bağlaya bilərsiniz. Facebook üçün yaradılan Ghost
for Chat sayəsində həm "oxundu”, həm də "online” məlumatını istədiyiniz kimi
idarə edə bilərsiniz. Google Chrome`da mövcud olan Ghost for Chat əlavəsini
istifadə etmək isə çox asandır. Əvvəlcə əlavəni marketdən endirib üzv
olmalısınız. Digər lazımlı prosesləri də tamamlədqdan sonra istər "online”,
istərsə də "oxundu” bilgilərini istədiyiniz zaman idarə edə bilərsiniz.
Onu
da qeyd edək ki, bu xidmətdən istifadə etmək ödənişlidir və aylıq 1.99 dollar
ödəməli olacaqsınız.
Paylaş
Bənzər xəbərlər