
Gmail-ə çox faydalı funksiya əlavə olunub
Sosial Media
07.05.2017
Farid
"Google” şirkəti, Gmail-də videoların izlənə bilməsi özəlliyini əlavə edib.
Daha əvvəllər istifadəçi, ona gələn məktubdakı videonu izləmək
üçün ilk öncə onu yükləməli olurdu. Yeni funksiya vasitəsilə isə istifadəçi, göndərilmiş məktubun daxilindəki videonu birbaşa Gmail-də izləyə bilər. Videoya
klik edən zaman YouTube-a bənzər pəncərə açılacaq və istifadəçi, videonu
rahatlıqla izləyə biləcək. Bundan əlavə olaraq o, videonun görüntü və səs
keyfiyyətinə də düzəlişlər edə biləcək. Bu cür funksiya, əsasən mobil telefon
vasitəsilə çəkilmiş kiçik videoların baxılması üçün çox rahat ola bilər. Qeyd
etmək lazımdır ki, qəbul olunmuş videoları əvvəlki kimi yükləmək imkanı olduğu
kimi qalır. Lakin yeni funksiya, videonu operativ izləmək üçün istifadəçinin
işini asanlaşdırır. Sözügedən yeni funksiyanın 15 gün ərzində bütün Gmail
istifadəçiləri üçün aktiv olacağı qeyd olunub.
Paylaş
Bənzər xəbərlər