Gmail'ə öz-özünə silinən məktublar funksiyası gəlir

Gmail'ə öz-özünə silinən məktublar funksiyası gəlir

Sosial Media
14.04.2018 PAYLAŞIM

Bir neçə gün bundan öncə biz Google şirkətinin öz Gmail servisinin dizayn dəyişikliyi barəsində xəbər vermişdik. Görünür, istifadəçilər nəinki yeni dizayn həmdə bir sıra yeni funksiyalar da əldə edəcəklər. Həmin funksiyalar arasında konfidensiallıq rejimi və öz-özünə silinən məktublar da var. Bu barədə Techcrunch saytı xəbər verib. Məktubun yazılışı zamanı servisdə saat və qıfıl işarələri əks olunacaq. Həmin işarələrə klik edəndən sonra istifadəçi konfidensial rejimə keçid edəcək.


Bənzər xəbər


Bu cür rejimdə yazılmış məktubu qəbul edəcək şəxs məktubun daxilindəki məlumatı heç cür kopyalaya, çap etdirə və ya kiməsə göndərə bilməyəcək. Müəyyən müddətdən sonra isə göndərilmiş həmin məktub avtomatik olaraq silinəcək. Məktubu göndərəcək şəxs məktubun pozulacağı vaxt intervalını (həftə, ay və hətta bir neçə il) özü təyin edə biləcək. Bundan əlavə olaraq göndərilmiş məktubu kənar gözlərdən qorumaq da mümkün olacaq. Bunun üçün xüsusi şifrədən istifadə olunacaq və həmin şifrə SMS vasitəsilə məktubu qəbul edəcək şəxsə göndəriləcək. Çox güman ki, yenilənmiş Gmail servisi 8 May tarixində start götürəcək Google I/O 2018 tədbirində təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat veri..

Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə..


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..

×