main-post-cover

    Google şirkəti Gmail servisinin yenilənmiş dizaynını təqdim etdi

    Elm & Texnologiya
    12.04.2018
    Emil Nəcəfov
    The Verge saytı Gmail servisinin yenilənmiş dizaynının fotolarını təqdim edib. Yeni dizayn özündə Material Design elementlərini və Inbox adlı poçt servisinin bəzi funksiyalarını birləşdirir. Gmail-in veb versiyasında sürətli cavablar funksiyası olacaq. Qeyd etmək lazımdır ki, bu funksiya servisin iOS Android versiyalarında artıq mövcuddur.

    Yenilənmiş Gmail-də məktubları müəyyən vaxta kimi təxirə salmaq mümkün olacaq. Bu cür funksiya həmçinin Inbox poçt servisində də var. Gmail-in yeni dizaynında ən nəzərə çarpan dəyişiklik isə sağ tərəfdə olan panel ilə bağlıdır. Həmin paneldə təqvim, Google Keep qeydləri və tapşırıqlar siyahısı əks olunacaq. Məlumata əsasən yenilənmiş Gmail yaxın zamanda bütün istifadəçilərə təqdim olunacaq.

    Linki kopyala