
Google hack edildi! Hackerlər bunu necə bacardılar?
Sosial Media
07.05.2017
Farid
Dünya nəhəngi Google, keçdiyimiz günlərdə hackerlərin qurbanı oldu. Bəs təhlükəsizlik mövzusunda investisiya etməkdən çəkinməyən Google, kim tərəfindən və necə hack edildi?
Alphabetşirkətinin alt şirkəti olan Google, dünyanın ən dəyərli şirkətləri siyahısında
zirvədə yerləşməyi bacarır.
Google Pakistanlı hackerlər tərəfindən hack edildi
Təhlükəsizlik mövzusunda dünyada ağıla gələn ilk şirkətlərdən biri olan Google, istər istifadəçilərin
istərsə də öz təhlükəsizliyi üçün daima yeni investisiyalar etməkdən çəkinmir. Lakin bu tədbirlərə baxmayaraq, keçdiyimiz
günlərdə hackerlərin qurbanı olmaqdan qurtula bilmədi. Google-un rəsmi Banqladeş saytı, Pakistanlı hackerlər tərəfindən hack edildi!
DNS
Hijacking adı verilən bir hücum üsulundan istifadə edən hackerlər, Google-a gələn
istifadəçiləri əvvəlcədən yaradılmış səhifəyə yönləndirməyi bacardılar.
DNStəsdiq firması olan BTCL-dan aslı olduğu öyrənilən boşluq səbəbindən hack edilən
Google, mövzu ilə bağlı bir açıqlama verməsə də BTCL tərəfindən problemin özlərindən
qaynaqlandığı və boşluğun bağlandığı ilə bağlı açıqlama gəldi.
Bütün
gecə boyunca aktiv qalan yönləndirmə problemi gec olsa da həll edildi lakin bu müddət, istifadəçilərin ağlında Google-un təhlükəsizliyi mövzusunda sual işarətləri yaratmaq üçün kifayət etdi.
Paylaş
Bənzər xəbərlər