main-post-cover

    Google Play-ə tətbiqlərin testi kimi çox faydalı yeni funksiya gəldi

    Sosial Media
    20.10.2017
    Emil Nəcəfov
    “Google” özünün oyun və tətbiqlər mağazası olan Google Play üçün böyük yenilənmə anons edib.
    Yeni funksiyalar sırasında isə ən maraqlısı Instant Apps adlı funksiyadır. Bu yeni funksiya sayəsində istifadəçi, hər hansısa bir tətbiqi öz smartfonuna yükləmədən test edə biləcək. Bu barədə Engadget saytı xəbər verib. Şirkət bu funksiya barəsində ilk dəfə 2016-cı ilin May ayında keçirilmiş IO Google tədbirində danışmışdı. Lakin indi bəzi tətbiqləri bu funksiya sayəsində test etmək mümkündür.

    Hal hazırda bu cür tətbiqlər sırasında Skyscanner, Vimeo, Red Bull TV, BuzzFeed NY Times kimi tətbiqlər var. Bundan sonra istifadəçilər Google Play-də dəstəklənən tətbiqləri “Try it Now” düyməsinə klikləyərək test edə biləcəklər. Qeyd etmək lazımdır ki, anons olunmasına baxmayaraq Instant Apps funksiyası hələki bir sıra tətbiqlərdə və kiçik qrup insanlar üçün aktivdir. Lakin yaxın zamanda bu funksiya bütün Android istifadəçiləri üçün aktiv olacaq.
    Linki kopyala